İranlı hücumçu cəzalandırıldı
Bizi izləyin

İdman

İranlı hücumçu cəzalandırıldı

İran millisinin futbolçusu Saman Qoddosu 4 ay müddətinə diskvalifikasiya edilib.

Publika.az-ın məlumatına görə, buna hücumçunun transfer razılaşmamasına əməl etməməsi səbəb olub. Qoddos 2018-ci ilin avqustunda İsveç "Östersun"undan Fransa "Amyen"inə 4 milyon avroya keçib. İspaniya "Ueska"sı isə bu transferlə bağlı şikayət edib. Bu klub forvardın keçidinə dair "Östersun"la daha əvvəl razılaşdığını və futbolçunun özü ilə şəxsi müqavilə bağladığını xatırladıb.

FIFA-nın Mübahisəli Məsələlərin Həlli üzrə Palatası "Ueska"nın şikayətini təmin edib. Qoddos İspaniya klubuna 4 milyon avro kompensasiya ödəyəcək. Bundan başqa futbolçuya və "Östersun"a idman sanksiyaları tətbiq olunub.

FIFA-nın qərarından 21 gün ərzində şikayət etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm