İdman
FHN-in İdman Sağlamlıq Mərkəzində çempion əməkdaşlarla görüş keçirildi
FHN-in İdman Sağlamlıq Mərkəzində bir sıra çempion əməkdaşlar ilə görüş keçirilib.
30 avqust 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları- XRXX-nin N saylı hərbi hissəsinin xilasdicisi gizir Gözəl Zutovanı, DYMX-nin Nəsimi rayon N saylı bölməsinin yanğınsöndürəni çavuş Orxan Mehdiyevi və TTNDA-nin sürücüsü Şahmar Nəzərovu əldə etdikləri nəaliyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, Gözəl Zutova 15-17 mart Azərbaycanda keçirilmiş MMA üzrə Avropa çempionatının çempionu, 05 iyun 2019-cu il Azərbaycanda keçirilmiş Qızıl kəmər uğrunda Beynəlxalq turnirin qızıl medal sahibi, Sərbəst güləş üzrə dünya kubokunun sahibi, MMA üzrə Avropa və Dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibi Gözəl Zutova 18 avqust 2019-cu il tarixində Gürcüstanda keçirilən MMA üzrə Beynəlxalq turnirdə 75 kq çəki dərəcəsində çempion olmuşdur. İdmançımız oktyabr ayında Koreyada keçiriləcək Sambo üzrə Dünya çempionatına hazırlaşır.
22-25 avqust 2019-cu il tarixində Ruminyanın Konstanta şəhərində keçirilən Kung Fu Sanda üzrə Dünya çempionatında iştirak edən 2016-cı il Macarıstanda keçirilən Kempo idman növü üzrə Dünya Kubokunun, 2017-ci il tarixində Portuqaliyada keçirilən Döyüş Növlərinin Dünya Çempioantında Kung Fu Sanda idman növü üzrə gümüş medalın sahibi olan Orxan Mehdiyev65 kq çəki dərəcəsində çempion olmuş, 2017-ci il tarixində Portuqaliyada keçirilən Döyüş Növlərinin Dünya Çempioantında Kung Fu Sanda idman növü üzrə çempion olan Şahmar Nəzərov isə bürünc medal qazanmışdır. İdmançılarımız noyabr ayında İtaliyada keçiriləcək MMA üzrə Dünya çempionatına hazırlaşırlar.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO