Milli Olimpiya Komitəsi beynəlxalq forumda iştirak edir
Bizi izləyin

İdman

Milli Olimpiya Komitəsi beynəlxalq forumda iştirak edir

Sentyabrın 1-dən 4-dək Qırğızıstanın Çolpon-ata şəhərində MDB, Baltikyanı və Gürcüstan ölkələrinin Milli Olimpiya Komitələrinin forumu öz işinə başlayıb.

Azərbaycan Milli Olimpiya Komitəsindən Publika.az-a verilən məlumata görə, forumda adı çəkilən Milli Olimpiya Komitələrinin prezident, vitse-prezident və digər şəxslər iştirak edir. Azərbaycanı tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev təmsil edirlər.

On iki ölkənin Milli Olimpiya komitələrinin 50-yə yaxın nümayəndə heyəti birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

Forum Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm