Azərbaycan Uelsdən məğlub qayıdır - YENİLƏNDİ
Bizi izləyin

İdman

Azərbaycan Uelsdən məğlub qayıdır - YENİLƏNDİ

84-cü dəqiqədə Uels Qaret Beylin qolu ilə yenidən hesabda önə keçdi: 2-1. Matç bu hesabla başa çatdı.

***

00:05

59-cu dəqiqədə Azərbaycan Mahir Emrelinin qolu ilə hesabı bərabərləşdirdi: 1-1.

***

6 sentyabr 23:12

26-cı dəqiqədə matçda hesab açıldı. Pavel Paşayevin avtoqolu ev sahiblərini hesabda önə çıxardı: 1-0.

***

22:45

Uels-Azərbaycan matçı başladı.

***

21:55

Uels və Azərbaycan milli komandalarının AVRO-2020-nin seçmə oyunu üçün start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar matça aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Uels: 1. Ueyn Hennessi, 3. Neyl Teylor, 5. Kris Mepham, 6. Co Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl, 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel Ceyms

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18.Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev

***

13:51

Avro-2020-nin seçmə mərhələsində bu gün keçiriləcək Uels - Azərbaycan oyunu canlı yayımlanacaq.

Publika.az xəbər verir ki, matç "CBC Sport" telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.

***

08:00

Futbol üzrə Azərbaycan milli komandası bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Publika.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv səfərdə Uels yığması ilə üz-üzə gələcək.

Kardiff şəhər stadionunda keçiriləcək qarşılaşmanı Farrucia Kannın rəhbərlik etdiyi Maltadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan yığması E qrupundakı ilk 3 görüşdə məğlub olub. Səfərdə Xorvatiyaya 1:2 hesabı ilə yenilən komanda evdə Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzub. Rəqib isə ilk turda Slovakiya üzərində 1:0 hesablı qələbə qazansa da, sonrakı qarşılaşmalarında Xorvatiyaya 1:2, Macarıstana 0:1 hesabı ilə yenilib. Hazırda Uels 3 xalla 4-cü yerdədir. Hələ xal toplamayan Azərbaycan isə sonuncudur.

Səfər qarşılaşmasında Rahil Məmmədov məşqdə zədələndiyi üçün oynamayacaq. Kadiffə yüngül zədəli vəziyyətdə yollanan Mahir Emrelinin də meydana çıxması sual altındadır. Uels yığmasına gəldikdə, İtaliya "Yuventus"unun yeni transferi Aaron Remsi əvvəlcədən dəvət alsa da sonra heyətdən kənarda qalıb. Buna səbəb kimi yarımmüdafiəçinin oyun praktikası sarıdan əziyyət çəkməsi və matça hazır olmaması göstərilib. Onun əvəzinə kollektivə İngiltərə "Mançester Yunayted"indən Dilan Levitt cəlb olunub.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə üz-üzə gələcək. Uels isə Belarusla yoldaşlıq görüşü keçirəcək.

AVRO-2020

Seçmə mərhələ, V tur

6 sentyabr

22:45. Uels - Azərbaycan

Baş hakim: Farrucia Kann Trustin

Baş hakimin köməkçiləri: Alan Kamilleri, Luke Portelli

Dördüncü hakim: Alan Mario Sant (Hakimlər briqadası Maltadandır).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm