• USD 1,7000 0,00% EUR 1,8358 +0,02%
    • GBP 2,1951 -0,69% RUB 0,0267 +0,37%

Nikola Yurçeviç: Bir xal qazanmağa layiq idik

  • İdman
  • 7 Sentyabr 2019 01:50
Nikola Yurçeviç: Bir xal qazanmağa layiq idik

"Rəqibi təbrik edirəm. İntensiv oyun oldu, əla atmosfer vardı. Hər iki komanda yaxşı hazırlaşmışdı. Oyunun dəst-xətti öz yerində idi".

"Report"un məlumatına görə, bunları Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda sonra təşkil edilən mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, komandası 1 xal qazanmağa layiq oyun nümayiş etdirib: "Futbolçularımla qürur duyuram. Bu gün düzgün oynadılar, vuruşdular. Bəxtimiz gətirmədi. Bir xal qazanmağa layiq idik. Həqiqətən də qəribə, bəxtsizlikdən buraxılan iki qolla buradan məğlubiyyətlə gedirik. Amma komandanın çıxışından razıyam".

Milli komanda sentyabrın 11-də Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq. Baş məşqçi artıq bu görüşə hazırlaşacaqlarını da vurğulayıb:

"Xorvatiya səfərdə 4:0 hesabı ilə qələbə qazanıb. Bunu gözləmirdim. Uşaqlara dedim ki, başa düşürəm, hamı məyusdur. Amma qarşıda matçımız var. Toparlanmalıyıq. Cavan oyunçularımızın oyununu qeyd edərdim. Ramil Şeydayev, Mahir Emreli, Bəhlul Mustafazadə və Anton Krivotsyukun adını çəkə bilirəm. Xüsusən də Bəhlul ilk dəfə belə atmosferdə meydana çıxırdı. Onun ayağında qıcolma vardı. Ona görə də bilmirdik meydana nə qədər qala bilər.

Bu səbəbdən 3-cü əvəzetməni bir az yubatmalı olduq. Belə vəziyyətlərdə adətən əks-hücumda çıxış etməliyik. Ancaq sona doğru futbolçuların irəlidə Şeydayevi dəstəkləmək üçün gücləri qalmadı".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR