Xorvatiyanın baş məşqçisi: Azərbaycan millisi ilə oyun çətin olacaq
Bizi izləyin

İdman

Xorvatiyanın baş məşqçisi: Azərbaycan millisi ilə oyun çətin olacaq

"Sabah ilk növbədə ciddi oynamalı, qarşılaşmaya ciddi yanaşmalıyıq. Slovakiyaya qarşı oyun kimi ciddiliyi qorusaq, müsbət nəticə qazanarıq. Çətin olacaq, səbrli davranmaq lazımdır. Qələbə üçün lazımi performansı göstərməliyik. Xalsız olması rəqibin zəif olmasından xəbər vermir".

Bunları Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, oyuna yaxşı başlamaq onlar üçün önəmlidir:

"Komandanı eyni səviyyədə saxlamaq baş məşqçi üçün çətin işdir. Azərbaycan millisi yaxşı komandadır. Oyuna yaxşı başlamalıyıq. Əks halda çətinlik çəkəcəyik. Slovakiya ilə görüşlə müqayisədə heyətdə ciddi dəyişiklik etməyi düşünmürük. Dəyişiklik olsa da, cüzi olacaq".

Daliç heyətdəki bəzi itkilərin onların oyununa mənfi təsir etməyəcəyini deyib:

"Komanda olaraq məqsədimizi bilirik. Hədəfimiz final mərhələsinə vəsiqə qazanmaqdır. Statistikanı ciddiyə almırıq. Fikrimcə, 15 xal toplasaq, AVRO-2020-yə vəsiqə qazanacağıq. Heyətdəki itkilər komandamıza ciddi təsir etmir. Slovakiyanı səfərdə 4:0 hesabı ilə udduğumuz oyunda da itkilər vardı. Əlimizdə olan futbolçulara güvənirik".

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm