Bakıda piyadanı avtomobil vurdu
Bizi izləyin

İdman

Bakıda piyadanı avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Allahverdiyev İlqar Sultan oğlunu avtomobil vurub. O, əvvəlcə yaşadığı evə getsə də, sonradan özünü pis hiss edib və təcili tibbi yardım çağırıb.

Həkimlərin yoxlanışından sonra İlqar Allahverdiyev dərhal xəstəxanaya gətirilib. Ona döş qəfəsinin küt travması və sağ təpə nahiyəsinin çırılmış yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm