Azərbaycan idmançısı beynəlxalq turnirdə gümüş medal qazandı
Bizi izləyin

İdman

Azərbaycan idmançısı beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən “RSL Kharkiv International 2019” turnirində ikinci yer tutub.

Publika.az xəbər verir ki, təmsilçimiz “International Challenge” kateqoriyalı turnirdə mübarizəyə əsas mərhələdən başlayıb. Badmintonçumuz finala gedən yolda Lino Munyoz (Meksika), Sankirs (Kanada), Toma Junior Popov (Fransa) və Tobi Pentini (İngiltərə) məğlub edib. Üç set davam edən hər bir qarşılaşma E.R.Dviçayonun rəqibləri üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Edi Reski Dviçayo finalda kişilərin şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti, dünya reytinqində 33-cü sırada qərarlaşan Hollandiya badmintonçusu Mark Kaljouya 0:2 (15-21, 10-21) hesabı ilə uduzub. 68 badmintonçunun mübarizə apardığı kişilərin şəxsi yarışında ikinci yer tutan Edi hesabına 3400 reytinq xalı yazdırıb.

Xatırladaq ki, Lino Munyoz, Toma Junior Popov və Tobi Penti Dünya Badminton Federasiyasının reytinq siyahısında ilk yüzlükdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm