Azərbaycanın növbəti qurbanı Xorvatiya: möhtəşəm qol və İLK XAL - YENİLƏNDİ
Bizi izləyin

İdman

Azərbaycanın növbəti qurbanı Xorvatiya: möhtəşəm qol və İLK XAL - YENİLƏNDİ

Matç 1-1 hesabı ilə başa çatır. Beləliklə, Azərbaycan seçmə mərhələdə ilk xalını qazanır.

Bu nəticə Xorvatiya millisi üçün gözlənilməz və ağır nəticə hesab oluna bilər. Son dünya çempionatının finalçısı olan xorvatlar Azərbaycanın növbəti qurbanı olacağı istisna edilmir. Xatırladaq ki, Azərbaycan millisi 2004-cü il Avropa çempionatına seçmə mərhələsində Serbiya və Çernoqoriya ilə səfərdə 2-2 hesablı bərabərliyə nail olmuş, evdə isə 2-1 hesablı qələbə qazanaraq bu komandanın turnirdən kənarda qalmasının səbəbkarı olmuşdu.

***

21:33

Azərbaycan 72-ci dəqiqədə Təmkin Xəlilzadə ilə hesabı bərabərləşdirdi: 1-1

***

20:13

11-ci dəqiqədə Xorvatiya hesabı açdı. Qonaqların heyətində penaltidən Luka Modriç fərqləndi: 0-1.

***

20:00

Azərbaycan-Xorvatiya matçı başladı.

***

18:46

Azərbaycan və Xorvatiya milli komandalarının AVRO-2020-nin seçmə oyunu üçün start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18.Anton Krivotsyuk, 21. Pavel Paşayev. 22. Cavid Hüseynov

Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlasiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartolets

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

***

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan - Xorvatiya oyunu canlı yayımlanacaq.

Publika.az xəbər verir ki, qarşılaşma "CBC Sport" telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.

***

09:09

Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

Publika.az xəbər ki, millimizin "Bakcell Arena"da Xorvatiya ilə keçirəcəyi matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyunun hamısında uduzaraq sıfır xalla E qrupunda sonuncu yerdə qərarlaşıb. Qrupda keçiriləcək digər oyunda Slovakiya Macarıstanın qonağı olacaq.
9 sentyabr

20:00. Azərbaycan - Xorvatiya
Baş hakim: Sandro Şerer
"Bakcell Arena"

22:45. Macarıstan - Slovakiya
"Qrupama Arena"

1.

4

3

0

1

6:4

9

2.

4

3

0

1

9:4

9

3.

4

2

0

2

4:4

6

4.

4

2

0

2

7:6

6

5.

4

0

0

4

4:12

0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm