Messidən BƏD XƏBƏR
Bizi izləyin

İdman

Messidən BƏD XƏBƏR

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messinin avqustun əvvəlində sağ ayağından aldığı zədə hələ sağalmayıb.

Publika.az-ın xəbərinə görə, 32 yaşlı hücumçunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda komandasına kömək edə bilməyəcəyi ehtimal edilir.

Argentinalı oyunçu La Liqanın IV turunda keçiriləcək "Valensiya" ilə ev matçında iştirak etməyəcək.

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasındakı ilk oyununu sentyabrın 17-də səfərdə Almaniya "Borussiya"sına (Dortmund) qarşı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm