"Sevilya" "Real"a görə "Qarabağ"ı ciddiyə almadı
Bizi izləyin

İdman

"Sevilya" "Real"a görə "Qarabağ"ı ciddiyə almadı

"Sevilya" Bakıya tam heyətlə gəlməyəcək.

Publika.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la görüşəcək klubun baş məşqçisi Xuan Lopeteqi hücum xəttində çıxış edən 5 futbolçuya müxtəlif oyunlarda şans verəcək.

İspaniyanın AS nəşrinin məlumatına görə, baş məşqçi sentyabrın 22-də İspaniya La Liqasında "Real"la görüş olduğu üçün aparıcı futbolçularını qorumaq istəyir. Buna görə də bəzi oyunçularını uzaq Bakı səfərinə gətirməyəcək. Bu xəbər Lopeteqinin "Qarabağ"ı ciddi rəqib kimi görməməsi iddialarını ortaya çıxarıb.

Qeyd edək ki, “Qarabağ” - “Sevilya” matçı sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:55-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm