Daha iki şahmatçımız dünya kubokunun növbəti mərhələsinə vəsiqə qazandı
Bizi izləyin

İdman

Daha iki şahmatçımız dünya kubokunun növbəti mərhələsinə vəsiqə qazandı

Sentyabrın 15-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsində tay-breyk partiyalarına yekun vurulub.

Publika.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov rusiyalı Sənan Syugirov üzərində bir heç-heçə və bir qələbə qazanıb. Eltac Səfərli isə hindistanlı Sarin Nihala birinci görüşdə qalib, ikincisində isə heç-heçə edib. Tay-breykdə mübarizə aparan digər şahmatçımız Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perezə hər iki partiyada məğlub olub. Beləliklə, Ş.Məmmədyarov, T.Rəcəbov və E.Səfərli dünya kubokunun onaltıdabir final mərhələsinə vəsiqəni təmin ediblər.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya kuboku yarışlarında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.

Dünya kubokunun finalına adlayan şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaqlar. FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, təşkilatçıların xüsusi dəvətnaməsi olacağı təqdirdə, turnirin bürünc mükafatçısı da belə bir hüquqa yiyələnə bilər.

Dünya kuboku yarışları oktyabrın 4-dək davam edəcək. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm