İdman
"Qarabağ"dan Avropa Liqasında uğursuz başlanğıc - YENİLƏNDİ
"Qarabağ" Avropa Liqasında qrup mərhələsinin ilk turunda "Sevilya"ya məğlub olur: 0-3.
***
22:37
Oliver Torres 85-ci dəqiqədə qonaqların 3-cü qolunu vurdu: 0-3.
***
22:30
El Haddadi 78-ci dəqiqədə qonaqların üstünlüyünü 2 topa çatdırdı: 0-2.
***
22:16
"Sevilya" Çiçarito ilə 62-ci dəqiqədə hesabı açdı: 0-1.
***
20:56
"Qarabağ" - "Sevilya" matçı başladı.
***
19:35
"Qarabağ" və "Sevilya" (İspaniya) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin I tur oyunu üçün start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov. 99. Maqaye Qeye
"Sevilya": 1. Tomaş Vatslik, 11. Munir, 12 Jyul Kunde, 14. Xavyer Ernandes, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos , 21. Oliver Torres, 22, Franko Vaskes, 24. Joan Jordan
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.
***
08:00
“Qarabağ” bu gün UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək.
Publika.az xəbər verir ki, təmsilçimiz I tur çərçivəsində İspaniyanın “Sevilya” komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:55-də start götürəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)
Baş hakim: Yevqeni Aranovski
Yan xətt hakimləri: Syomen Şlonçak və İqor Alyoxin
Dördüncü hakim: Yaroslav Kozık (hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov