Hacı Əliyevdən NÖVBƏTİ UĞUR - Olimpiya Oyunlarına gedə bilər
Bizi izləyin

İdman

Hacı Əliyevdən NÖVBƏTİ UĞUR - Olimpiya Oyunlarına gedə bilər

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən Sərbəst Güləş üzrə Dünya Çempionatında 3 qat dünya çempionumuz Hacı Əliyev növbəti uğurunu qazanıb.

Publika.az xəbər verir ki, sərbəst güləşçi ilk təsəlliverici görüşündə rəqibi misirli Amr Reda Ramadan Hüsenini məğlub edib.

Belə ki, döyüşə fəal başlayan idmançımız 4:0 hesabı ilə irəlidə olan zaman Husseni zədələnib və hakimlər görüşü yarımçıq dayandırıb.

Digər güləşçilərimizdən 70 kq çəki dərəcəsində Ağahüseyn Mustafayev ilk görüşündə türkiyəli Haydar Yavuzdan üstün olub - 7:6.

Mahir Əmiraslanov isə təsəlli görüşündə monqolustanlı Bexbayar Erdenebata məğlub olub.

Əliyev bürünc medal görüşünədək irəliləsə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Qeyd edək ki, Hacı Əliyevin rusiyalı Hacımurad Rəşidovla görüşündə qalmaqal baş vermişdi. İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişmişdi - 2:1. Lakin sona doğru Rəşidov önə çıxmışdı - 3:2. Bununla belə, Əliyev axırıncı saniyələrdə 2 xallıq fənd işlətmişdi. Hakimlər əvvəlcə bu xalı qeydə alıb və azərbaycanlı pəhləvan yenidən irəli çıxmışdı - 4:3. Lakin Rusiya tərəfi qərara etiraz etmişdi. "Çelenc"ə baxıldıqdan sonra onların etirazı qəbul edilmişdi. Nəticədə Əliyevin 2 xalı silinib, rəqibinə 1 xal verilmişdi. Beləliklə, Rəşidov qalib elan olunmuşdu - 4:2.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm