• USD 1,7000 0,00% EUR 1,8961 -0,04%
    • GBP 2,2069 +0,60% RUB 0,0267 +0,37%

Bakının ev sahibliyi etdiyi dünya çempionatına yekun vuruldu - FOTO

  • İdman
  • 22 Sentyabr 2019 19:16
Bakının ev sahibliyi etdiyi dünya çempionatına yekun vuruldu - FOTO

Sentyabrın 22-də Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulub.

Publika.az xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın yeddinci günündə qrup hərəkətləri komandaları final mərhələsində mübarizə aparıblar. İdmançılar 5 top, 2 cüt gürz və 3 halqa ilə proqramlarını təqdim ediblər.

Yarışda qrup hərəkətləri komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Üç halqa və iki cüt gürzlə final yarışlarında Azərbaycan, Yaponiya, Bolqarıstan, Rusiya, Belarus, İsrail, İtaliya və Çin yığmaları mübarizə aparıblar.

Rusiya komandası 29,450 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü Yaponiya (29,400 xal) və İtaliya (29,200) milliləri tamamlayıblar. Azərbaycan komandası 26,450 xalla çempionatı 7-ci pillədə başa vurub.

Beş topla yarışlarda isə Rusiya, Bolqarıstan, Yaponiya, Belarus, Ukrayna, İtaliya, İsrail və Çin komandaları xalça üzərinə çıxıblar. Dünya çempionu adını qazanan yaponiyalı gimnastların kompozisiyası hakimlər tərəfindən 29,550 xalla qiymətləndirilib. Bolqarıstan komandası 29,350 xalla gümüş, Rusiya (28,150) isə bürünc medala sahib olub.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan dünya çempionatında 61 ölkədən 300-dən artıq gimnast iştirak edib. Gimnastlar çempionatda 9 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastı Z.Ağamirova və qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında “Tokio 2020”yə vəsiqə qazanıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR