Məmmədyarov Rəcəbova uduzmasından danışdı: "Qapıda Buffon dayanmışdı..."
Bizi izləyin

İdman

Məmmədyarov Rəcəbova uduzmasından danışdı: "Qapıda Buffon dayanmışdı..."

“Son oyunda “GH” gedişi yerinə “H6” olsaydı, qalib gəlirdim. Həmçinin Teymurla görüşdə də uda bilərdim. Əsas odur ki, gözəl şanslarım vardı, amma istifadə edə bilmədim”.

Publika.az xəbər verir ki, bu sözləri Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun 1/8 finalında Teymur Rəcəbova məğlubiyyətini şərh edərkən deyib.

Dünyaca məşhur 34 yaşlı qrossmeyster ona dəstək olanlara təşəkkür edib və T.Rəcəbova növbəti mərhələdə uğurlar arzulayıb: “Taleyimdən, qismətimdən şikayətçi deyiləm. Çünki mənə şans verildi. Teymura növbəti mərhələdə uğurlar arzulayıram. İnanıram ki, uğurlu çıxışı davam edər. Özümə isə gələcəkdəki yarışlarda daha diqqətli olmağı arzu edirəm. Sevinirəm ki, sevimli ailəmin, oğlumun yanında olacağam. Çempion olmaq qismətimizdə var. Bu gün olmasın, sabah olsun! Hamıya təşəkkür edirəm, yaxşı ki, varsınız. İnşallah, gözəl geridönüş olacaq”.

Ş.Məmmədyarov öz çıxışını futbol üzrə Hollandiya millisinin oyununa bənzədib: “Mən futbolda Hollandiya milli komandası kimiyəm. Gözəl oynayıb məğlub oldum. Hər şey yaxşıdır. Sadəcə, çox gözəl oynamışdım. Heyif əziyyətə. Qapıda Buffon dayanmışdı”.

Qeyd edək ki, Ş.Məmmədyarovu tay-breykdə məğlub edən T.Rəcəbov 1/4 finalda ABŞ şahmatçısı Ceffri Şonqa bu gün qarşı ilk görüşünü keçirəcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

Xatırladaq ki, Dünya Çempionatı sentyabrın 10-da start götürüb. Turnirinə oktyabrın 4-də yekun vurulacaq. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min, finalçı isə 80 min dollar qazanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm