Premyer Liqada beşinci tura yekun vuruldu - NƏTİCƏLƏR
Bizi izləyin

İdman

Premyer Liqada beşinci tura yekun vuruldu - NƏTİCƏLƏR

Sentyabrın 23-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turuna “Zirə” - “Qarabağ” oyunu ilə yekun vurulub.

Publika.az xəbər verir ki, Zirə Olimpiya Kompleksinin stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 12-ci dəqiqədə Maqaye Qeye vurub. Oyunun 41-ci dəqiqəsində “Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romero fərqi 2 topa çatdırıb. Matçın 44-cü dəqiqəsində “Zirə”nin heyətində Anastasios Papazoqlu avtoqol müəllifi olub. Qarşılaşmanın 88-ci dəqiqəsində isə meydan sahibləri təsəlli qolunu vura biliblər. Xulio Rodrigez cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra 15-ci xalını qazanan “Qarabağ” liderliyini daha da möhkəmləndirib. “Zirə” isə 7 xalla 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, turun digər oyunlarında “Neftçi” “Keşlə” ilə (0:0), “Qəbələ” “Səbail”lə heç-heçə (1:1) edib. “Sumqayıt” isə “Sabah”ı minimal hesabla üstələyib - 1:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm