Azərbaycan C liqasında - Millətlər Liqası
Bizi izləyin

İdman

Azərbaycan C liqasında - Millətlər Liqası

UEFA Millətlər Liqasının formatını dəyişib.

Ötən mövsüm D liqasında çıxış edən Azərbaycan bu dəfə C liqasında mübarizə aparacaq.

Bundan başqa, 2020-21 mövsümündə A, B, C liqasının hərəsində 16 komanda mübarizə aparacaq. D liqasında isə ən zəif 7 yığma çıxış edəcək. Liqaların tərkibi aşağıda qeyd olunan kimidir:

A liqası: Portuqaliya, Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya

B liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldaviya

D liqası: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino

Xatırladaq ki, 2018-19 mövsümündə ilk iki liqanın hərəsində 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmışdı (Qol.az).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm