Azərbaycan yığması Ermənistanla qarşılaşacaq
Bizi izləyin

İdman

Azərbaycan yığması Ermənistanla qarşılaşacaq

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət otüstü xokkey komandası iyulun 10-dan 13-dək Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Avropa birinciliyində iştirak edəcəkdir.

Turnirdə 6 ölkənin yığma komandası 2 yarımqrupda növbəti mövsümdən yüksək dəstədə çıxış etmək hüququ verən iki vəsiqə uğrunda mübarizə aparacaqdır.

“B” qrupunda yer alan Azərbaycan millisi Cəbəllütariq və Ermənistan xokkeyçiləri ilə qarşılaşacaqdır.

Digər qrupda isə Bolqarıstan, İsveçrə və Litva yığmaları yarışacaqlar.

Azərbaycan xokkeyçilər iyulun 10-da Cəbəllütariq, iki gün sonra isə Ermənistan millisi ilə üz-üzə gələcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm