"Neftçi"də prezident ŞOKU: istefaya göndərilir
Bizi izləyin

İdman

"Neftçi"də prezident ŞOKU: istefaya göndərilir

"Neftçi”nin prezidenti Kamran Quliyevin fəaliyyətinə son qoyula bilər.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, bu mövsüm qənaətbəxş performans sərgiləməyən "ağ-qaralar”ın lider "Qarabağ”dan 10 xal geri qalması SOCAR-da ciddi narazılığa səbəb olub.

Azrkeşlərin bu nəticədən narazılığı, xərclənən məbləğlərin qarşılığında uğursuz legioner transferlərinin edilməsi klubdaxili və komandadaxili intizamsızlıqlar prezidentin vəziyyətini daha da pisləşdirib.

"Neftçi” qışa qədər çempionluq uğrunda mübarizədən kənarda qalsa, Kamran Quliyev istefaya göndəriləcək. Artıq potensial prezidentlətin də ilkin siyahısının bəlli olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm