Warning: opendir(/home/publikaaz/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Formula 1 üzrə Rusiya Qran-Prisinin qalibi bəlli oldu - FOTO
    • USD 1,7000 0,00% EUR 1,8412 -0,07%
    • GBP 2,2092 -0,37% RUB 0,0268 +0,37%

Formula 1 üzrə Rusiya Qran-Prisinin qalibi bəlli oldu - FOTO

  • İdman
  • 29 Sentyabr 2019 18:37
Formula 1 üzrə Rusiya Qran-Prisinin qalibi bəlli oldu - FOTO

“Mercedes”in britaniyalı pilotu Luis Hamilton Formula 1 üzrə Rusiya Qran-Prisinin qalibi olub.

Publika.az xəbər verir ki, uzunluğu 5848 metr olan Soçi avtodromunda təşkil olunan mövsümün 16-cı yarışında pilotlar 53 dövrə vurublar. Bütün rəqiblərini qabaqlayan L.Hamilton cari mövsümdə 9-cu, karyerasında isə 82-ci qələbəsini qazanıb. Onun komanda yoldaşı Valtteri Bottas yarışı ikinci, Şarl Lekler (“Ferrari”) isə üçüncü pillədə başa vurub.

Pilotların yarış cədvəlinə 322 xalla L.Hamilton başçılıq edir. V.Bottas 249 xalla ikinci, Ş.Lekler isə 215 xalla üçüncüdür.

Konstruktorlar kubokunda isə “Mercedes” 571 xalla birinci yerdədir. Hesabında 408 xal olan “Ferrari” ikinci, “Red Bull Racing” 311 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti yarış iki həftədən sonra Yaponiyada keçiriləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR