Avropa ilə Amerika arasında həlledici döyüş başlayır
Bizi izləyin

İdman

Avropa ilə Amerika arasında həlledici döyüş başlayır

Avropa ilə Amerika arasında həlledici döyüş başlayır

Braziliyada keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, mundialın ilk finalçısı Braziliya – Almaniya qarşılaşmasında bəlli olacaq. Yarımfinal mərhələsində aşkar favorit yoxdur. Ona görə də finala hansı komandanın adlayacağı ilə bağlı proqnoz vermək çox çətindir.

Neymarın zədələnməsi, Tyaqo Silvanın cəzalı duruma düşməsi Braziliyanın gücünə, sözsüz ki, təsir edəcək. Ancaq meydan sahiblərinin inanılmaz əzmkarlığı və azarkeşlərin ağlasığmaz dəstəyi də Braziliya yığmasının əlavə üstünlüyüdür.

Braziliya bu qarşılaşmada arzuolunmaz bir tendensiya ilə də mübarizə aparmalıdır. İndiyə qədər Konfederasiyalar Kubokunu qazanan komanda dünya çempionu ola bilməyib. KK-nın son qalibi isə məhz Braziliya yığmasıdır.

Almaniya Fransa qarşısında sərgilədiyi balanslaşdırılmış futbolu Braziliya ilə oyunda da tətbiq edə bilsə, bundestim ilk finalçı ola bilər.

Şəxsi görüşlərdə Braziliyanın əzici üstünlüyü var. Komandalar indiyə qədər 21 dəfə qarşılaşıblar. Bu oyunların 12-də Braziliya, 4-də isə Almaniya qalib gəlib, 5 qarşılaşma bərabərliklə yekunlaşıb. Topların fərqi də Braziliyanın xeyrinədi – 39-24.

Yarımfinal

8 iyul

01.00 Braziliya – Almaniya

Hakim: Marko Rodriges

Belu Orizonte. “Eştadio Mineyrao” stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm