"Düdelanj" - "Qarabağ" oyununun hakimi Biton olacaq
Bizi izləyin

İdman

"Düdelanj" - "Qarabağ" oyununun hakimi Biton olacaq

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Düdelanj" - "Qarabağ" oyununun hakimlər briqadası məlum olub.

Publika.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Con Biton olacaq. Ona yan xətdə Daniel Makfarlan və Duqlas Potter kömək edəcək. Donald Robertson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 3-də Lüksemburqdakı "Jozi Bartel" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm