Fövqəladə Hallar Nazirliyinin karate komandası uğurlar qazanmaqda davam edir
Bizi izləyin

İdman

Fövqəladə Hallar Nazirliyinin karate komandası uğurlar qazanmaqda davam edir

28-29 sentyabr 2019-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş “Olimpiya Ümidləri” adlı Karate üzrə beynəlxalq turniri keçirilib.

Publika.az xəbər verir ki, 67 komandadan 800-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən “Budokan” idman klubunun idmançıları da qatılıblar. FHN-in komandası beynəlxalq turnirdə İdman - Sağlamlıq Mərkəzinin məşqçi- müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər. Komandanın üzvləri Hüseynli Altay 10-11 yaşlı idmançılar arasında, 40 kq çəki dərəcəsində 5 döyüş, Fəttahlı Seyidəli 9 yaşlı idmançılar arasında, 28 kq çəki dərəcəsində 5 döyüş, Əzizov Hüseyn 8 yaşlı idmançılar arasında, 23 kq çəki dərəcəsində 4 döyüş, Əhmədova Nərmin 11 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 2 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olublar. Komandanın digər üzvləri Əliyev Zamiq 7 yaşlı idmançılar arasında, 28 kq çəki dərəcəsində 5 döyüş, Əliyev Əli 10 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 4 döyüş, Bayramova Məryəm 10 yaşlı idmançılar arasında, 30 kq çəki dərəcəsində 3 döyüş keçirərək gümüş medal qazanıblar. Səfərov Əli 10-11 yaşlı idmançılar arasında, 30 kq çəki dərəcəsində 4 döyüş, Salayev Arif 11 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 3 döyüş keçirərək bürünc medalla kifayətləniblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm