Teymur Rəcəbov Dünya Kubokunda işini çətinə saldı
Bizi izləyin

İdman

Teymur Rəcəbov Dünya Kubokunda işini çətinə saldı

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun final matçının ikinci oyunu başa çatıb.

Şahmat Federasiyasından Publika.az-a bildirilib ki, dünya kubokunun həlledici matçda həmyerlimiz Teymur Rəcəbovla çinli Dinq Liren qarşı qarşıya gəlib və finalın ikinci partiyası çinli şahmatçının qələbəsi ilə nəticələnib.

İlk görüş heç-heçə yekunlaşdığı üçün Liren ümumi hesabda önə keçib - 1,5:0,5.

Qeyd edək ki, Teymur Rəcəbov həmçinin Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb. İndiyədək heç bir şahmatçımız bu mötərəbər yarışın finalına qədər irəliləyə bilməyib.

Xatırladaq ki, final matçı dörd oyundan ibarətdir. Bu oyunlarda qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Oyunlar Bakı vaxtı ilə saat 14:00-da başlayır.

Finala vəsiqə qazanan Teymur Rəcəbov həmçinin 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə birbaşa vəsiqə də qazanıb.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm