Teymur Rəcəbov: "Bəlkə hər şey sabah başa çatacaq"
Bizi izləyin

İdman

Teymur Rəcəbov: "Bəlkə hər şey sabah başa çatacaq"

"Son oyuna qədər məndə hər şey psixoloji cəhətdən hazır idi. Ola bilsin ki, rəqibim üçün elə də asan olmadı".

"Report" TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kuboku finalının üçüncü görüşündə çinli rəqibi Dinq Lireni məğlub edən Teymur Rəcəbov deyib.

32 yaşlı qrossmeyster qarşılaşmada bütün şanslardan istifadə etdiyini bildirib. Rəcəbov "dueldə "tay-breyk" olacaqmı" sualına belə cavab verib: "Hər şey mümkündür, "tay-breyk" ola da bilər. Bəlkə hər şey sabah başa çatacaq".

Qeyd edək ki, Teymur Rəcəbov və Dinq Liren duelində hesab bərabərdir - 1,5:1,5. Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm