İdman
"Qəbələ" APOEL-lə qarşılaşdı
"Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv I mərhələnin ilk matçında Kiprdə APOEL-lə üz-üzə gəlib. Paytaxt Nikosiyadakı “Makarion” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Hesab 9-cu dəqiqədə açılıb. İdris İnqilablının uzaq məsafədən endirdiyi zərbə APOEL-in futbolçusu Giannis Satsiasa dəyərək qapıya daxil olub. İkinci hisənin əvvəllərində meydan sahibləri tarazlığı bərpa edə biliblər. 48-ci dəqiqədə Stavros Qavriel bərabərlik qoluna imza atıb.
Bu komandalar arasında cavab oyunu oktyabrın 24-də Qəbələ şəhər stadionunda keçiriləcək. Əyalət təmsilçisi I raundda APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün qalibi ilə görüşəcək.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ