İdman
Qurbanov: Biz məsələyə bu aspektdən baxmırıq
"Oyuna yaxşı hazırlaşmışıq. İlk oyunda APOEL-lə qarşılaşmada rəqib öz gücünü göstərib".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda "Düdelanj"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından əvvəl mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis zədəli futbolçuları barədə düşünmədiklərini bildirib: "Əlimizdəki futbolçularla ən yaxşısını etməyə çalışacağıq".
Qurbanov sabahkı oyunun nəticəsinin turnir cədvəli üçün həlledici olmadığını vurğulayıb: "Bəzən son oyunlarda istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ 4 oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. "Düdelanj" da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq".
Qeyd edək ki, oktyabrın 3-də Lüksemburqdakı "Jozi Bartel" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı