"Qarabağ" rəsmisi ECA-da yüksək vəzifəyə seçildi - FOTO
Bizi izləyin

İdman

"Qarabağ" rəsmisi ECA-da yüksək vəzifəyə seçildi - FOTO

"Qarabağ"ın baş meneceri Asif Əsgərov yenidən Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.

Publika.az "Qarabağ"ın rəsmi saytına istinadən xəbər verir ki, Əsgərov İtaliya "Milan"ının prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək.

O, qrupda İngiltərənin "Tottenhem" və "Arsenal", Hollandiyanın "Ayaks", Avstriyanın "Zaltsburq", İtaliyanın "Yuventus", İspaniyanın "Barselona" və Almaniyanın "Borussiya" (Dortmund) rəsmiləriylə birlikdə yer alıb.

Qeyd edək ki, Asif Əsgərov iki il İşçi Qrupunun üzvü olub və bu hal Azərbaycan futbol tarixində ilk və yeganədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm