İdman
“Qarabağ”dan erməni təxribatına MÖHTƏŞƏM CAVAB - YENİLƏNDİ
Oyunun 90-cı dəqiqəsində meydan sahibləri Antoine Bernyenin qolu ilə hesab arasındakı fərqi azaldırlar: 1-4.
"Qarabağ" 4-1 hesablı qələbə qazanır və qrupda 3 xalla ikinci yerə yüksəlir.
***
00:53
"Qarabağ"da Dani Kintana 69-cu dəqiqədə komandamızın dördüncü qolunu vurdu: 0-4.
***
00:05
"Qarabağ" oyunda yaranmış fasilədən sonra - 38-ci dəqiqədə Almeyda ilə daha bir qol vurdu: 0-3.
Qeyd edək ki, matçda ermənilər tərəfindən təxribat törədilib. "Qarabağ"ın 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla Dağlıq Qarabağ seperatçılarının bayrağı gətirilib.
Futbolçularımız bununla bağlı hakimə kəskin etirazlarını bildiriblər. "Qarabağ"ın futbolçuları bayrağı topla vuraraq düşürməyə cəhd göstəriblər. Futbolçular stadionu tərk ediblər.
***
23:32
30-cu dəqiqədə "Qarabağ" üstünlüyünü 2 topa çatdırdı: 0-2.
***
23:12
11-ci dəqiqədə "Qarabağ" Abdullah Zubirin qolu ilə hesabı açdı: 0-1
***
23:00
"Düdelanj" - "Qarabağ" matçı başladı.
***
21:38
"Qarabağ" və "Düdelanj" (Lüksemburq) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin II tur oyunu üçün start heyətləri açıqlanıb.
Publika.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
"Düdelanj": 1.Conatan Juber (k), 5.Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Stols, 16. Thibaut Lesquoy 20. Mikael Qaros, 22. Antoine Bernye, 34. Məhəmməd Buçuari, 77. Sabir Bouqrine 98. Loren Mendi.
"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
***
08:00
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.
“Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Azərbaycan təmsilçisi bu matça Filip Ozobiç və Xayme Romerosuz çıxacaq. Hər iki yarımmüdafiəçi zədəlidir.
Azərbaycan çempionu ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.
UEFA Avropa Liqası
Qrup mərhələsi, II tur
23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Con Biton
Yan xətt hakimləri: Daniel Makfarlan və Duqlas Potter
Dördüncü hakim: Donald Robertson (hakimlər briqadası Şotlandiyadandır)
Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç)
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya)
“Jozi Bartel” stadionu.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO