“Xəzər Lənkəran”dan maraqlı addım: “Qarabağ bizimdi"
Bizi izləyin

İdman

“Xəzər Lənkəran”dan maraqlı addım: “Qarabağ bizimdi"

Həmyerlilərimiz tərəfindən Moskvada yaradılan və paytaxt çempionatının dördüncü divizionunda çıxış edən “Xəzər Lənkəran Moskva” klubu birincilikdə növbəti oyununu keçirib.

Publika.az-ın saytının məlumatına görə, “Xəzər Lənkəran Moskva” bu dəfə “Master A” ilə üz-üzə gəlib. Rəqibin heyətində bir neçə erməni futbolçu çıxış edir ki, onlardan da biri komandanın kapitanıdır.

Avroliqada “Qarabağ”ın səfərdə “Düdelanj”la keçirdiyi oyununda yaşanan qalmaqaldan sonra “Xəzər Lənkəran Moskva” erməninin kapitanı olduğu komanda ilə görüşdə maraqlı addım atıb.

Belə ki, komanda üzvləri meydana əllərində tutduqları kağız parçaları ilə çıxıblar ki, həmin kağızlarda da “Карабах наш” (Qarabağ bizimdir) sözləri yer alıb.

Qeyd edək ki, görüş “Xəzər Lənkəran” Moskva”nın 7:1 hesablı qələbəsi ilə başa çatıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm