Çeçenistan prezidenti əfsanəvi idmançımızı belə qucaqladı – VİDEO + FOTO
Bizi izləyin

İdman

Çeçenistan prezidenti əfsanəvi idmançımızı belə qucaqladı – VİDEO + FOTO

Çeçenistan prezidenti əfsanəvi idmançımız belə qucaqladı – VİDEO + FOTO

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırovla görüşüb.

Səmədov prezidentlə çəkilən şəkilini “instagram”da paylaşıb. Publika.az xəbər verir ki, həmin görüşdə Ramzan Kadırovla yanaşı Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adəm Dəlimxanov da olub.

İdmançı özü bu şəkil və görüşlə bağlı belə deyib.

“Çox yaxşı bir gün idi! Qroznıya qonaqpərvərlik üçün təşəkkür edirik. Müsəlman qardaşlarım”.

İdmançımız Publika.az-a açıqlamasında görüşün məqsədi ilə bağlı danışıb. O görüşün Qroznıda keçirilən turnirdən sonra baş tutduğunu bildirib.

Qeyd edək ki, K-1 döyüşçüsü Zabit Səmədov iyulun 6-da növbəti döyüşünü keçirib.

Qroznıda baş tutan turnirdə "Mauqli" ləqəbli Səmədov K-1 üzrə super döyüşdə rinqə çıxıb. Onun rəqibi Almaniya təmsilçisi Stefan Leko olub. Görüş cəmi 14 saniyə davam edib. Müvazinətini itirən Leko məğlubiyyətlə barışıb.

Almaniyalı idmançı Səmədovun elə ikinci zərbəsi ilə müvazinətini itirərək yerə yıxılıb.

Xatırladaq ki, gecənin fəxri qonaqları arasında məşhur aktyor Mark Dakaskos da olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm