Azərbaycan yığması Bəhreynlə qarşılaşır
Bizi izləyin

İdman

Azərbaycan yığması Bəhreynlə qarşılaşır

Bu gün futbol üzrə Azərbaycan milli komandası Bəhreynlə yoldaşlıq görüşünə çıxacaq.

Publika.az xəbər verir ki, Bəhreyn Milli Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəli olduqları üçün heyətdən kənarda qalıblar. Komandanın düşərgəsində olan Qara Qarayev də zədə səbəbindən görüşü buraxacaq.

Azərbaycan və Bəhreyn milliləri isə üçüncü dəfə qarşılaşacaqlar. 2008-ci il oktyabrın 15-də Manamada baş tutmuş oyunda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda keçirilmiş matçda isə 3:0 hesabı ilə qalib gəlib.

FIFA-nın son reytinq siyahısında Bəhreyn yığması 105-ci. Azərbaycan isə 1191 xalla 109-cudur.

Xatırladaq ki, milli komandamız oktyabrın 13-də Budapeştdə Macarıstan yığması ilə AVRO-2020-nin seçmə matçına çıxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm