Azərbaycan Bəhreyndən qələbə ilə qayıdır - YENİLƏNDİ
Bizi izləyin

İdman

Azərbaycan Bəhreyndən qələbə ilə qayıdır - YENİLƏNDİ

Matç Azərbaycanın 3-2 hesablı qələbəsi ilə başa çatır.

***

22:01

Matçın 62-ci dəqiqəsində Azərbaycan hesabda önə keçdi: 1-2. Bundan 6 dəqiqə sonra isə rəqib hesabı bərabərləşdirdi: 2-2. 70-ci dəqiqədə isə yığmamış yenidən hesabda önə keçdi: 2-3.

***

21:14

31-ci dəqiqədə Azərbaycan hesabı bərabərləşdirdi: 1-1

***

21:14

31-ci dəqiqədə Behreyn hesabı açdı: 1-0.

***

20:31

Bəhreyn-Azərbaycan matçı başladı. Matçı buradan canlı yayımla izləyə bilərsiniz.

***

20:18

Bakı vaxtı ilə saat 20:30-da futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununa start veriləcək.

Publika.az xəbər verir ki, Bəhreyn Milli Stadionunda keçiriləcək oyun üçün komandaların start heyətləri açıqlanıb.

Millimizin start heyətində Emil Balayev, Abbas Hüseynov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Şəhriyar Rəhimov, Riçard Almeyda, Eddi İsrafilov, Emin Mahmudov, Ramil Şeydayev, Ağabala Ramazanov və Rüfət Dadaşov yer alıblar.

Bəhreyn yığmasının ilk on birliyində meydana Sayed Mohamed Jafar, Valeed Mohamed, Ahmed Mubarak, Mohamed Yusuf, Ali Jafar, Abdulvahab A.Rahman, İsmaeel Abdullatif, Abdulla Khaled, Mohamed Adel, Mahdi Faisal və Mohamed Abdulvahab çıxacaqlar.

Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm