İdman
Nikola Yurçeviç: Komandada həm əzmkarlıq, həm də keyfiyyət var
"Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidir".
Publika.az AFFA-ya istinadən xəbər verir ki, bu sözləri “Bəhreyn Milli Stadionu”nda Bəhreyn və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra təşkil olunan brifinqdə millinin baş məşqçisi Nikola Yurçeviç deyib.
"Bəhreyn millisi son bir neçə oyununda 1 qoldan artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik. Çətin hava şəraitində oynadıq. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var.
Qarşıda bizi Macarıstan millisi ilə oyun gözləyir. Həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməliyik. Təbii ki, həmin oyun bugünkü qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidir, həm də digər - sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq", - deyə o bildirib.
-
Magazin221:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin120:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək









.jpg)


.jpg)


.jpg)
.jpg)




















