Onu bağışlayırlar?
Bizi izləyin

İdman

Onu bağışlayırlar?

Onu bağışlayırlar?

FİFA Luis Suaresin cəzasını yüngülləşdirə bilər.

Publika.az xəbər verir ki, Uruqvay Futbol Federasiyasının apelyasiya müraciəti hazırda araşdırılır.

Xatırladaq ki, Luis dünya çempionatında Uruqvay-İtaliya matçında rəqib müdafiəçi Corco Kyellinini çiynindən dişləmişdi. FİFA isə Suaresi 9 oyun millidən və 4 aylıq futboldan uzaqlaşdırmışdı.

İndi isə qərarın dəyişdiriləcəyi və onun Uruqvay millisindən diskvalifikasiyasının 5 oyuna qədər azaldılacağı, futboldan isə cəmi 1 ay müddətinə kənarlaşdırılacağı gözlənilir. Bu zaman Suaresin hadisədən sonra üzr istəməsi nəzərə alınacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm