İdman
Marko Rossi: Azərbaycanla oyun ağır keçəcək

"Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra üzərimizdə təzyiq var. Azərbaycan millisi Uelsə çətin anlar yaşatdı. Yalnız son dəqiqələrdə bəxtsizlik nəticəsində qol buraxdı. Sabahkı oyunun ağır keçəcəyini deyə bilərəm".
Bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Azərbaycan milli komandası ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
Əlli beş yaşlı mütəxəssis start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəklərini bildirib. O, sabahkı oyunda yalnız qələbəni düşünəcəklərini bildirib: "Qalib gəlsək, Uelsdə bərabərlik də bizi qane edəcək. Rəqibə hörmətlə yanaşırıq. Xüsusən, indiki dövrdə Azərbaycanı məğlubiyyətin qane etməyəcəyini anlayırıq".
İtaliyalı baş məşqçi bəzi oyunçularında Xorvatiyaya 0:3 hesabı ilə uduzduqları matçdan sonra formalaşmış hissləri aradan qaldırdıqlarını bildirib: "Qarşılaşmadan sonra dərhal Azərbaycanla matçın hazırlıqlarına başladıq. Qarşımızdakı vəzifənin öhdəsindən nə dərəcədə gələcəyimizi sabah görəcəyik".
Rossi bütün futbolçulardan yararlanmaq durumunda olduqlarını açıqlayıb: "Mən bu komandanın rəhbəriyəm. Heç bir çağırılmış və ya çağırılmamış futbolçunu hesabdan silmirik. Oyunçuların ola bilər ki, heç də hamısı məğlubiyyətin yükünü üzərindən ata bilməyib".
Təcrübəli mütəxəssis yalnız qələbəni düşündüklərini, əks halda, məsuliyyətin yükünü anladıqlarını diqqətə çatdırıb: "Azarkeşlər nəticədən razı qalmasalar, mənim getməyim təbii olacaq".
Baş məşqçi Azərbaycan millisinin üstün cəhətlərini də sadalayıb: "Eddi İsrafilovun milliyə qayıdışını xüsusi qeyd edərdim. Onunla yanaşı, Riçard Almeyda və Qara Qarayevin orta xəttdə çox sürətli görünürlər, Ramil Şeydayevin hücum xəttini doldurub, cinah oyunçuları da yaxşı təsir bağışlayırlar. Biz Azərbaycan millisini incələmişik. Baxaq görək, işimizin öhdəsindən necə gələcəyik".
Qeyd edək ki, oktyabrın 13-də “Groupama Arena”da keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq (Report).

-
Digər10:53
Pərviz Müşərrəf vəfat etdi
-
Digər10:33
DƏHŞƏTLİ QƏTL: Tanınmış Yutuber atası tərəfindən öldürüldü - VİDEO
-
İdman09:36
Nazir: "Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi" - VİDEO
-
Maraq dünyası03:43
Psixoloqdan Sevgililər Günü ərəfəsində tənhalara "QIZIL MƏSLƏHƏTLƏR"
-
Magazin202:42
Buzova hamamda çılpaq poza verdi - FOTO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: pul mübahisə mənbəyinə çevrilə bilər
-
Magazin100:23
"Normal qadın efirdə özünə ər axtarmaz" - VİDEO
-
Magazin14 Fevral 23:48
Fərqanə Qasımova ilə kürəkənindən maraqlı ifa - VİDEO