İdman
Baş məşqçi: Üç əsas futbolçumuz Macarıstanla oyuna çıxmayacaq
Sabah hər iki komanda üçün vacib oyun olacaq. Macarıstan yığmasının Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı davam edir. Biz isə yüksələn qrafiki davam etdirmək istəyirik. Uels və Xorvatiya millilərinə qarşı yaxşı futbol sərgilədik.
Publika.az AFFA-ya istinadla xəbər verir ki, bu fikri “Avro 2020”nin seçmə mərhələsində Budapeştdə Macarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç oktyabrın 12-də təşkil olunmuş mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, üç əsas futbolçumuz müxtəlif səbəblərdən bu oyunda iştirak edə bilməyəcək. Buna baxmayaraq, biz yenə də layiqli oyun göstərmək istəyirik. Macarıstan yığmasına böyük hörmətlə yanaşırıq.
Komandanın üzvü Emil Balayev isə deyib: “Oyuna yaxşı hazırlaşmışıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Sabah bizi maraqlı oyun gözləyir. Futbol kollektiv oyunudur. Xorvatiya ilə Bakıda keçirdiyimiz oyunda millidə debüt etdim. İlk oyunum olmasına baxmayaraq, gərgin deyildim, çünki komanda yoldaşlarım mənə inam nümayiş etdirirdilər. Düşünürəm ki, sabah da həyəcanlı olmayacağam”.
Oktyabrın 13-də Budapeştdəki “Groupama Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU



































.jpg)