"Araz" Çempionlar Liqasında mübarizəni dayandırdı
Bizi izləyin

İdman

"Araz" Çempionlar Liqasında mübarizəni dayandırdı

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz” bu gün əsas mərhələdə son oyununu keçirib.

Publika.az-ın məlumatına görə, Belçikanın “De Bres Arena”sında Ukraynanın “Xerson” klubu ilə qarşılaşma rəqibin 8:3 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın heyətində İsa Atayev və Xətai Bağırov fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda əvvəlki qarşılaşmalarında Portuqaliya "Benfika"sına 0:7, Belçika “Halle-Gooik”inə isə 1:5 hesabı ilə uduzduğu üçün qrupda sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm