• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

AVRO-2020: Azərbaycan millisi məğlub oldu - FOTO/VİDEO (YENİLƏNDİ)

  • İdman
  • 13 Oktyabr 2019 21:53
  • 769 Baxış
AVRO-2020: Azərbaycan millisi məğlub oldu - FOTO/VİDEO (YENİLƏNDİ)

Macarıstan 1-0 hesabı ilə matçda qələbə qazandı. Millimiz oyunun son dəqiqələrində hesabı bərabərləşdirsə də, baş hakim qaydalar çərçivəsində vurulmuş qolu qeydə almayıb.

***

20:21

10-cu dəqiqədə Macarıstan hesabı açdı: 1-0.

***

20:00

Macarıstan-Azərbaycan matçı başladı. Matçı buradan canlı yayımla izləyə bilərsiniz.

***

18:58

AVRO-2020-nin seçmə qrup matçında üz-üzə gələcək Macarıstan və Azərbaycan millilərinin start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, komadalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Macarıstan: 1. Peter Qulaçi, 3. Mihay Korhut, 5. Botond Barat, 6. Villi Orban, 7. Balaj Cucak (kap.), 8. Mate Vida, 9. Adam Şalai, 10. Dominik Şoboşlai, 14. Gergö Lovrençiç, 15. Roland Sallai, 20. İştvan Kovaç

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (kap.), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 13. Eddi İsrafilov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev

***

08:35

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin E qrupunda Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

AVRO-2020

E qrupu

20:00. Macarıstan - Azərbaycan

"Groupama Arena".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR