UEFA "Neftçi"ni 40 min avro cərimələdi
Bizi izləyin

İdman

UEFA "Neftçi"ni 40 min avro cərimələdi

UEFA "Neftçi"ni cərimələyib.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-i "Bakcell Arena"da keçirilmiş "Neftçi" - "Bney Yehuda" oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub. Qurum bu səbəbdən paytaxt klubunu 40 min avro dəyərində cərimələyib.

Avqustun 15-i "Ha Moşava" stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan "ağ-qaralar" Avropa Liqasında mübarizəni dayandırmışdı.

"Neftçi" bu mövsüm Avropa Liqasındakı çıxışı ilə UEFA-dan 780 min avro mükafat almışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm