"Qarabağ"ın qələbə seriyasına son qoyuldu
Bizi izləyin

İdman

"Qarabağ"ın qələbə seriyasına son qoyuldu

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb.

Publika.az xəbər verir ki, 2-ci dövrə 8-ci turun görüşləri ilə başlayıb.

Turun ilk oyununda “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu, Ağdam klubunun 2019/2020 mövsümündə ölkə çempionatında ilk xal itkisi olub. Qurban Qurbanovun komandası bundan əvvəlki 7 oyunun hamısında qələbə qazanmışdı.

“Qəbələ” – “Qarabağ” - 1:1
Qollar:
Qismət Alıyev, 3 (1:0), İsmayıl İbrahimli, 9 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm