Premyer Liqada səkkizinci tura yekun vuruldu - FOTO
Bizi izləyin

İdman

Premyer Liqada səkkizinci tura yekun vuruldu - FOTO

Futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub.

Publika.az xəbər verir ki, turun son oyunu “ASCO Arena”da oynanılıb.

“Səbail” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. İlk topu 47-ci dəqiqədə Peyman Babayi vurub. Uzatma dəqiqələrində isə Elvin Cəfərquliyev yekun nöqtəni qoyub.

“Sumqayıt” bu qələbə sayəsində xallarını 10-a çatdırıb və “Zirə”ni geridə qoyaraq 5-ci pilləyə yüksəlib.

“Gənclik şəhəri” təmsilçisi eyni xala malik “Səbail”dən yalnız şəxsi göstəricilərdə geri qalır.

Qeyd edək ki, turun ilk 3 oyununda “Qəbələ” “Qarabağ”la, “Keşlə” “Sabah”la heç-heçə edibsə, “Neftçi” “Zirə”yə böyük hesabla qalib gəlib - 3:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm