“Dumanlı Albion”da böyük oyun - VİDEO
Bizi izləyin

İdman

“Dumanlı Albion”da böyük oyun - VİDEO

Oktyabrın 20-də İngiltərə Premyer Liqasının 9-cu turunun mərkəzi qarşılaşması keçirilib.

Publika.az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında turnir cədvəlinin lideri “Liverpul” klubunu qəbul edib.

Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Oyunda hesabı 36-ci dəqiqədə Mançester təmsilçisi Markus Reşford açıb. Fasilədən sonra qonaqlar hesaba tarazlıq gətirib. Adam Lallana fərqlənib.

“Liverpul” cari mövsüm ilk dəfədir xal itkisi ilə üzləşir. Mersessayd təmsilçisi 8 turun hamısında qələbə qazanaraq turnir cədvəlində 25 xalla liderdir. “Mançester Yunayted” isə 10 xalla 13-cü yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm