"Topaz" tərəfindən texniki problemlərin həlli ilə bağlı müraciət (18+) - - VİDEO
Bizi izləyin

İdman

"Topaz" tərəfindən texniki problemlərin həlli ilə bağlı müraciət (18+) - - VİDEO

Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti olan "Topaz" yaranan texniki problemlərlə bağlı mediaya müraciət edib.

Topaz bildirib ki, sistem texnologiyalarının müvəqqəti nasazlığı ilə bağlı bəzi texniki problemlər yaşanmışdır. Onlar operativ şəkildə aradan qaldırılsa da narazıçılığa səbəb olmuşlar.

Məsələyə aydınlıq gətirmək üçün Topaz hər hansı bir texniki qüsurlar yarandığı halda məsuliyyəti üzərinə götürdüyünü təsdiq edir.

Bunu “Caspiantech” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Ruslan Ağayev bildirmişdir.

“Bütün yazılan kuponlar MBNP tərəfindən təsdiqlənmiş qiymətli kağız sayıldığına görə dövlət tərəfindən təmin olunur, o üzdən Topaz narahatçılıq üçün heç bir səbəb olmadığına və bütün ödənişlərin həyata keçiriləcəyinə zəmanət verir.

Gələcəkdə hər hansı bir texniki problem yaşanarsa, biletlər manual şəkildə dəyərləndiriləcək və mərc oyunları qaydalarına əsasən bütün uduşlar ödəniləcək”.

“Topaz" yaranan narahatçılığa görə üzr istəyir və problemin ən qısa vaxtda aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

"Caspiantech" QSC (daha öncə "Azərinteltek" QSC olmuşdur) Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib və ticarət nişanı olan "TOPAZ" 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. "TOPAZ" markası yarandığı dövrdən bu zamanadək bir çox layihələr üzərində çalışaraq Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına layiqli töhfələr vermişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm