• USD 1,7000 0,00% EUR 1,9860 0,00%
    • GBP 2,1961 0,00% RUB 0,0216 0,00%

Azərbaycan millisindən uğurlu start

  • İdman
  • 23 Oktyabr 2019 22:54
  • 557 Baxış
Azərbaycan millisindən uğurlu start

Oktyabrın 23-də futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinə qələbə ilə başlayıb.

Publika.az xəbər verir ki, komandamız Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşıb.

Çexiyalı baş hakim Ondrey Çerninin idarə etdiyi oyunda millimiz 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Bolinya dubl edib, Vassura isə bir dəfə fərqlənib.

Millimiz növbəti oyununu oktyabrın 24-də Monteneqro yığmasına qarşı keçirəcək.

Turun ilk oyununda isə Slovakiya komandası Monteneqronu 5:0 hesabı ilə məğlub edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR