Baş məşqçi: Bakıda xal qazanacağımıza inanırıq
Bizi izləyin

İdman

Baş məşqçi: Bakıda xal qazanacağımıza inanırıq

“Qarabağ”la avqustdakı matçımız final əhəmiyyətli idi. Bu gün də xala ehtiyacımız var. Nə etməli olduğumuzu bilirik.

Publika.az xəbər verir ki, bu fikri Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ”a qarşı Bakıda keçirəcəkləri oyunöncəsi təşkil olunmuş mətbuat konfransında söyləyib.

Almaniyalı mütəxəssis bildirib: “Təkcə taktiki cəhətdən yaxşı oynamaq kifayət etmir, ürəyimizi qoymağa gəlmişik. Burada xal qazanacağımıza inanırıq. Oyuna çox gözəl hazırlaşmışıq. Matçın əhəmiyyətini yaxşı bilirik. “Qarabağ”la son matçda qələbə qazanmağı bacarmışdıq. Bu oyun üçün yaxşı işləyən planımız olmalıdır”.

Tomas Doll “Avqustda Bakıya gələndə gülərüz görünürdünüz, bu gün isə qayğılı insana bənzəməyinizin səbəbi nədir?” sualına belə cavab verib: “Uzun yol gəlmişik, yorğunluq var. Bunun matçla əlaqəsi yoxdur. Sabahkı oyundan sonra gülən mən olacağam, narahat olmayın. Heç bir görüşdən əvvəl neqativ düşünmək olmaz. Həyatda da belədir. Neqativ yox, pozitiv düşünməliyik”.

Xatırladaq ki, oktyabrın 24-də keçiriləcək oyun saat 20:55-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm