İspanlardan "Qalatasaray" azarkeşlərini qəzəbləndirəcək sözlər: "İstanbul cəhənnəmi..."
Bizi izləyin

İdman

İspanlardan "Qalatasaray" azarkeşlərini qəzəbləndirəcək sözlər: "İstanbul cəhənnəmi..."

İspaniyanın məşhur idman şərhçisi Yosef Pedrerol Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qalatasaray”-“Real Madrid” (0:1) matçla bağlı qalmaqallı sözlər işlədib.

Publika.az xəbər verir ki, şərhçi oyunun keçirildiyi stadionun heç də iddia edilən kimi “cəhənnəm” olmadığını bildirib.

“İstanbul cəhənnəmi” birləşməsi tamamilə bir yalandır. Meqafonlarla qışqırırlar və səsgücləndiricilərə qoşulub ab-hava yaratmağa çalışırlar. Atmosfer o qədər də təzyiqli, təşviqedici deyildi”, - Pedrerol deyib.

O, “Real Madrid”in adına yaraşmayacaq şəkildə oyun sərgilədiyini vurğulayıb: “Real Madrid” bu, ola bilməz. Heç kim özünü aldatmasın. Çempionlar Liqasında davam etmək üçün qalibiyyət lazım idi. Ancaq yaxşı oynamaq gərəkdir. Zidanın hələ çox işləməsi lazımdır. Hazard vaxt itirmədən əvvəkli obrazına qayıtmalıdır.

Qeyd edək ki, “Qalatasaray” qrup mərhələsində 3 oyun keçirib və hələ qol vura bilməyib. İstanbul təmsilçisinin yarışdığı qrupda "Real"dan başqa PSJ və “Klub Brügge” mübarizə aparır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm