Almaniya Braziliyanın, o isə Ronaldonun belini qırdı
Bizi izləyin

İdman

Almaniya Braziliyanın, o isə Ronaldonun belini qırdı

Almaniya Braziliyanın, o isə Ronaldonun belini qırdı

Almaniya yığmasının üzvü Miroslav Kloze dünya çempionatının tarixinə düşüb.

Publika.az xəbər verir ki, alman futbolçu mundialın ən çox qol vuran futbolçusu adını qazanıb.

O, Braziliya ilə oyunda braziliyalı Ronaldonun rekordunu qırıb. İndiyədək dünya çempionatının ən məhsuldar oyunçusu olan Ronaldonun aktivində 15 qol var. Qana ilə qrup matçında 15-ci qolunu vuran Kloze onun rekorduna şərik çıxmışdı. Braziliya ilə oyunun 23-cü dəqiqəsində fərqlənən alman oyunçu rekorda təkbaşına sahib olub.

Qeyd edək ki, 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən dünya çempionatında debüt edən Kloze finala qədər irəliləyən Almaniyanın oynadığı 7 matçda forma geyinmiş 5 dəfə fərqlənmişdi. 2006-cı ildə almanların ev sahibliyi etdiyi mundialda meydana çıxan futbolçu ölkəsinin üçüncü olduğu turnirin yenə 7 matçında forma geyinmiş və 5 qola imza atmışdı. Bununla da o, "Qızıl buts"a sahib çıxmışdı. CAR-2010-da yenə iş başında olan Kloze 5 matçda 4 dəfə fərqlənmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm