Güləşçimiz dünya çempionatında gümüş medal qazandı
Bizi izləyin

İdman

Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, çempionatın üçüncü günündə - oktyabrın 30-da sərbəst güləşçimiz Hacımurad Məhəmmədsəidov gümüş medal qazanıb.

Çempionatda 86 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz alman güləşçini vaxtından əvvəl üstələyərək dörddəbir finala vəsiqə qazanıb. Moldova təmsilçisinə də tam üstünlüklə qalib gələn yığmamızın üzvü adını yarımfinala yazdırıb. Yaponiya pəhləvanından da güclü olan H.Məhəmmədsəidov finalda iştirak hüququ qazanıb. Həlledici görüşdə İran idmançısına məğlub olan güləşçimiz dünya çempionatını ikinci pillədə başa vurub.

Ötən gün sərbəst güləşçilərimizdən Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq), Əfqan Xaşalov (57 kq) və Davud İbrahimov (70 kq) bürünc medal qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm